Tez-tez verilən suallar
Sifariş zamanı sizin ən çox maraqlandıran suallara cavab verdik
"Mənim üçün Sifariş Et" xidməti; Daşınılan bütün bağlamaların ödənişsiz olaraq sığortalanması; Türkiyədə qapıda ödəmə ("Kapıda ödəmə") xidməti; Kuryer xidməti; Minimal çatdırılma tarifləri $0,99-dan başlayan qiymətlər; Ofisin şəhər mərkəzində və əlverişli ünvanda yerləşməsi; Operativ müştəri xidmətləri.
Dostex.az - da qeydiyyatdan keçməklə Türkiyədə xarici ünvana sahib olacaqsınız və hesabınızda ünvan qeyd olunacaq. Daha sonra, onlayn mağazalardan alış-veriş edərkən bağlamanızın çatdırılacağı ünvan hissəsinə saytımızda qeyd edilən ünvanı yazın və ödəniş edib sifarişinizi tamamlayın.
Gecikmələrin yaranmaması və bağlama hesabında əks olunması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir. Bəyənnamə - müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmazdan əvvəl Dostex.az şəxsi hesabında “BƏYAN ET” bölməsində məlumat verməsidir. Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number,Gönderi numarası, Kargo takip numarası, Barkod no, MNG kargoda Fatura No) təqdim edildikdən sonra mümkündür. Bağlama “sipariş numarası” ilə bəyan oluna bilməz. Bəyənnamədə bağlamanın izləmə nömrəsi( izləmə nömrəsi bölməsinə bu nömrələrdən birini yazmaq olar: “Tracking number”, “Gönderi numarası”, Kargo takip numarası, Barkod no) mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoys sənədi (fatura) əlavə edilir. Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 21 sentyabr 2020-ci il tarixindən etibarən fiziki şəxslər hər təqvim ayı ərzində ölkəyə ümumi dəyəri 300 ABŞ dolları ekvivalentindən artıq olmayan yük idxal edə bilər. Bağlamanın ümumi dəyəri 300 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir. Bağlama təyin olunmuş limitin aşıldığı halda yalnız limiti keçmiş hissə üçün gömrük rüsumu hesablanacaqdır. Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 15 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanma haqqı hesablanır.
Türkiyə, Amerika, İngiltərə və Almaniyadan istənilən məhsulun alınmasına köməklik göstərən xidmətdir. Bu tip sifariş zamanı biz sizin adınızdan qeyd edilən ölkələrin internet-mağazasından sifariş edirik. Satıcı ilə bütün müvafiq tədbir və danışıqları aparırıq. Bu halda bizim komissiyamız ümumi məhsulun dəyərinin 3% təşkil edəcək, Qeyd edək ki, Azərbaycana daşınma xidməti haqqı komissiya haqqına daxil edilmir.
"Yerində yoxla" xidməti xarici anbara təhvil alınan zaman müştərinin istəyi ilə bağlamasının açılıb yoxlanılmasıdır. Qeyd edilən yoxlamada sifarişin düzgün və sağlam çatdırılması təsdiqlənir. Xidmətin göstərilməsi üçün müştəri öncədən bağlamanı saytda bəyan etməli və qeyd hissəsinə xidmətin adını yazmalıdır.